ELM VƏ TƏHSİL


Qafqazşünaslıq İnstitutunun şöbə müdiri beynəlxalq konqresdə məruzə ilə çıxış edib

Bakı, 21 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Türkiyədə təşkil olunan “Beynəlxalq təhlükəsizlik (nəzəriyyə, metod və təcrübə)” konqresində iştirak edib.

Elnur Kəlbizadə AZƏRTAC-a bildirib ki, konqresdə Türkiyə, Böyük Britaniya, Rusiya, İspaniya, Yaponiya, Malayziya, Ukrayna, İran, İraq və digər ölkələrdən beynəlxalq münasibətlər və təhlükəsizlik sahəsində tədqiqat aparan elm adamları iştirak ediblər.

O, Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru Yücel Karauzla birlikdə “Qafqazın təhlükəsizliyi və Qafqaz İslam Ordusu” mövzusunda məruzə edib. Məruzədə tarixdə və müasir dövrdə Qafqazın təhlükəsizliyinə təhdidlər, Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizliyinin təmin olunmasında rolundan bəhs olunub.

Azərbaycanlı alimə beynəlxalq konqresin sertifikatı və xüsusi hədiyyəsi təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.