ELM VƏ TƏHSİL
Qafqazşünaslıq İnstitutunun yeni nəşrləri təqdim edilib
Bakı, 30 sentyabr, AZƏRTAC
AMEA Qafqazşünaslıq İnstitutunun bir kitab, üç dildə nəşr olunan beynəlxalq indeksli jurnal və məqalələr toplusu nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın müxbir üzvü professor Musa Qasımlı və institutun əməkdaşları tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, Yeganə Baxşıyevanın yazdıqları “Ermənistan İsrail Dövlətinin Cənubi Qafqaz siyasətində” adlı əsər ilk dəfə çap olunub. 5 fəsildən ibarət olan kitabda iki dövlət arasında siyasi münasibətlərin vəziyyəti, Ermənistanın və erməni təşkilatlarının İsrailin Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmaq istiqamətində fəaliyyət üsulları və başqa məsələlər mümkün fakt və materiallar əsasında tədqiq edilib.
“Qafqazşünaslıq” elmi-nəzəri jurnalının üçüncü nömrəsində Ermənistanda sosial-iqtisadi vəziyyət, Cənubi Qafqaz ölkələrində gənclər siyasətinin müqayisəli təhlili və s. mövzularda məqalələr verilib.
“Qafqazşünaslığın aktual problemləri” adlı məqalələr toplusunda Ermənistanda rus dilinin ətrafında gedən ictimai-siyasi mübarizə, Gürcüstan-Ermənistan münasibətlərində problemlər, Nikol Paşinyan hökumətinin “Qarabağ avantürası” və onun nəticələri və digər mövzularda məqalələr yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]