MƏDƏNİYYƏT
Qahirədə 51-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Bakı, 23 yanvar, AZƏRTAC
Misirin paytaxtında Yaxın Şərq və Afrikada ən böyük olan 51-ci Beynəlxalq Kitab Sərgisinin açılışı olub. AZƏRTAC “Egypttoday” portalına istinadla xəbər verir ki, “Misir-Afrika. Mədəniyyətlərin fərqliliyi” devizi altında keçirilən sərginin açılışında Misirin Baş Naziri Mustafa Mədbuli və Mədəniyyət naziri İnas Abdel Dayem iştirak ediblər.
Qahirənin Beynəlxalq Sərgi Mərkəzində fevralın 4-dək fəaliyyət göstərəcək sərgidə 40-dan artıq Yaxın Şərq və Afrika ölkəsi iştirak edir. Builki tədbirin fəxri qonağı isə Seneqaldır.
Açılış mərasimində qeyd olunub ki, 808 pavilyonda 900-dən çox nəşriyyatın nümayəndələri öz çap məhsullarını təqdim edirlər. Sərgidə iştirak edən 389 Misir nəşriyyatı oxuculara 75 uşaq kitabı təklif edir. Onlar, həmçinin sərgidə İslam mədəni irsi ilə bağlı nəfis şəkildə çapdan çıxmış 121 kitabla təmsil olunublar.
Bundan başqa, Qahirə Beynəlxalq Kitab Sərgisində iştirak edən yazıçı və şairlərin, habelə tanınmış publisistlərin imza günləri də təşkil olunur. Kino zalında isə Yaxın Şərq və Afrika ölkələrinin məşhur aktyor və rejissorları ilə görüşlər keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:16]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]