İQTİSADİYYAT


Qahirədə “Made in Azerbaijan” brendli məhsulların təqdimatı Misir KİV-lərinin diqqət mərkəzində olub

Qahirə, 30 aprel, AZƏRTAC

Qahirənin tanınmış beşulduzlu “Concorde-El-Salam” hotelində “Made in Azerbaijan” brendli məhsulların təqdimatı Misirin nüfuzlu KİV-lərinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Misirin ən nüfuzlu “Əl Əhram” qəzeti, həmçinin “Əxbar Əl Yom”, “Əl Ğad”, “Aldiplomasy”, “Ta 7 Masr”, “Rayet Misr”, “At Magazine” portalları və “Asiaelyoum” informasiya agentliyinin saytında Azərbaycanda Ramazan adət-ənənələri, iftar süfrələrini bəzəyən yerli məhsullar haqqında məqalələr yayımlanıb.

Misir KİV-lərində fotoşəkillərlə yerləşdirilmiş materiallarda diqqətə çatdırılıb ki, “Made in Azerbaijan” brendli məhsullar misirlilərin böyük marağına səbəb olub və bu tədbir yerli iş adamlarının Azərbaycandakı həmkarları ilə əməkdaşlıq perspektivlərinə töhfə kimi qiymətləndirilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.