DÜNYA


Qahirədə ilk dəfə keçirilən “EDEX-2018” beynəlxalq müdafiə sərgisinə 41 ölkədən 373 şirkət qatılıb

Qahirə, 3 dekabr, AZƏRTAC

Misirdə ilk dəfə keçirilən “EDEX-2018” birinci beynəlxalq müdafiə sərgisində 41 ölkədən hərbi texnika istehsal edən 373 şirkət iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, sərgi dekabrın 3-5-də Qahirədə keçiriləcək. “EDEX-2018” sərgisini 10 minə yaxın yüksəkrütbəli hərbçi, silah və texnika istehsalçıları, mütəxəssislər ziyarət edəcəklər. Təşkilatçıların məlumatına görə, “EDEX-2018” sərgisi hər iki ildən bir keçiriləcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.