DÜNYA


Qahirədə qədim Babilistan qalasının bir hissəsi ziyarətçilərə açılıb

Qahirə, 26 mart, AZƏRTAC

Misirin paytaxtının “Köhnə şəhər” ərazisində qədim Babilistan qalasının bir hissəsi bərpa işlərindən sonra turistlərə açılıb.

AZƏRTAC xəbər verir ki, Misirə gələn əcnəbi turistlərin böyük marağına səbəb olacaq bu qədim qalada yerləşən Qibti Muzeyi də yeni eksponatlarla zənginləşdirilib.

Misirin turizm və qədim abidələr nazirinin müavini Hişam Samir jurnalistlərə məlumat verib ki, qalanın içərisindəki divarlar yenilənib və günbəz hissəsi yenidən qurulub. Babilistan qalasının daha cəzbedici görünməsi üçün yeni işıqlandırma sistemi də quraşdırılıb. Bu qədim abidənin ikinci hissəsi – Asılı Kilsə və Əmir Qapısı isə gələn il ziyarətçilərə açılacaq.

Qahirənin qibti əhalisinin yaşadığı hissədə, Nil çayının deltasında yerləşən Babilistan qalası eramızdan əvvəl 525-ci ildə tikilib. Bu qədim abidənin həmin dövrdə Mesopotamiyadan gəlmiş insanlar tərəfindən tikildiyi ehtimal edilir. Onun yaxınlığında isə Nil çayını Qırmızı dənizlə birləşdirən Fironlar kanalı var. Roma İmperiyası dövründə bu ərazidə tikilmiş daha bir qala turistlərin sevimli məkanı sayılır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.