DÜNYA


Qahirədəki Əhli-Beyt ziyarətgahı və İmam Hüseyn məscidi yenidən zəvvarların üzünə açılıb

Qahirədəki Əhli-Beyt ziyarətgahı və İmam Hüseyn məscidi yenidən zəvvarların üzünə açılıb

Qahirə, 27 aprel, AZƏRTAC

Misirin paytaxtında 1154-cü ildə tikilmiş və sonuncu dəfə 1874-cü ildə bərpa işləri aparılmış İmam Hüseyn məscidi və Məhəmməd Peyğəmbərin nəvələri Zeynəb və Nafisənin dəfn olunduğu Əhli-Beyt ziyarətgahı yenidən zəvvarların üzünə açılıb.

AZƏRTAC xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi bərpa olunmuş İmam Hüseyn məscidində namaz qılıb, həmçinin Həzrəti Hüseynin, Peyğəmbərin nəvələrinin ziyarətgahlarına baş çəkib. Misirin dövlət başçısı bərpa işlərini həyata keçirən Hindistandakı məşhur Bohra təriqətinin sultanı Seyid Müfəddal Seyfuddinə də təşəkkürünü bildirib.

Əbdülfəttah əs-Sisiyə İmam Hüseyn məscidində qorunub saxlanılan İmam Əlinin və Fatimeyi Zəhranın yadigarı olan “Qurani-Kərim”in nüsxəsi, həmçinin Məhəmməd Peyğəmbərə məxsus olduğu ehtimal edilən qılınc da göstərilib.

Qahirədəki İmam Hüseyn məscidi Kərbəla faciəsindən sonra Həzrəti Hüseynin kəsilmiş başının dəfn olunduğu məzarın üzərində tikilib. Əl-Əzhər məscidinin yaxınlığında yerləşən Əhli-Beyt ziyarətgahı müsəlmanların müqəddəs ziyarət məkanıdır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.