CƏMİYYƏT


Qalapaqos adalarında nəsli 100 il əvvəl kəsilmiş sayılan tısbağa tapılıb

Bakı, 21 fevral, AZƏRTAC

Qalapaqos adalarında nəsli hələ 100 il əvvəl kəsilmiş sayılan nəhəng tısbağa tapılıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ekvadorun ətraf mühit naziri Marselo Mata məlumat verib.

Onun sözlərinə görə, bu qeyri-adi tapıntı Qalapaqos parklarının rəhbərliyi və adaların qorunub saxlanılması üzrə qrup tərəfindən təşkil edilmiş ekspedisiyanın iştirakçılarına aiddir. Onlar Ferdinand adasında “Chelonoidis Phantasticus” növündən olan dişi tısbağa aşkar ediblər. Bu növün indiyə qədər alimlərə məlum olan yeganə nüsxəsinə 1906-cı ilin aprelində Kaliforniya Akademiyasının ekspedisiyası zamanı təsadüf edilib. Bioloqlar onu “Şimal adasının tısbağası” adlandırıblar. Hesab edilir ki, tısbağanın bu növü ötən əsrlərdə baş vermiş vulkan püskürmələri zamanı tələf olub.

UNESCO tərəfindən dünya irsi obyekti elan edilən Qalapaqos adalarında hazırda 11 tısbağa növü yaşayır. “Chelonoidis Phantasticus” isə 12-cidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.