DÜNYA


Qalata qülləsi mavi və narıncı rənglərə boyanıb

İstanbul, 5 fevral, AZƏRTAC

İstanbul Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə 4 fevral - Xərçənglə Mübarizə Günü və bu xəstəlikdən əziyyət çəkənlərə dəstək məqsədilə İstanbulun Qalata qülləsi, “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri mavi və narıncı rənglərlə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Xərçəngə Nəzarət Təşkilatı hər il minlərlə insanın ölümünə səbəb olan xərçəng xəstəliyinə diqqət çəkmək məqsədilə bir sıra tədbirlər keçirir. Həmin gün dünyanın müxtəlif şəhərlərinin ən görkəmli tikililəri günün rəmzi olan mavi və narıncı rənglərlə boyanır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.