İDMAN


“Qalatasaray” Frank Riberini transfer etmək istəyir

Bakı, 27 may, AZƏRTAC

Mövsümün sonunda Almaniyanın “Bavariya” klubu ilə yollarını ayıracaq Frank Riberi karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Qalatasaray” fransalı ulduz futbolçunu heyətinə qatmaq niyyətindədir.

“Cim-bom” rəhbərliyi gələn aydan azad agent statusuna malik olacaq 36 yaşlı hücumçuya rəsmi təklif göndərib. İstanbul nəhəngi ona ikiillik müqavilə təklif edib.

“Qalatasaray” gələn mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsi Riberinin qərarına müsbət mənada təsir edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.