İDMAN


“Qalatasaray” “Kasımpaşa”nı məğlub edib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabr 13-də futbol üzrə Türkiyə Superliqasının IV turu çərçivəsində keçirilən mərkəzi qarşılaşmada “Qalatasaray” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Türk Telekom” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb.

Görüşdə ilk və yeganə qolu 38-ci dəqiqədə İstanbul təmsilçinin Fransanın “Monako” klubundan yeni transfer olunan Radamel Falkao vurub.

Qalan vaxt ərzində tərəflər dəfələrlə fərqlənməyə yaxın olsalar da oyunda hesab dəyişməyib. Beləliklə “Qalatasaray” doğma meydanda “Kasımpaşa”ya Falkaonun qolu sayəsində qalib gəlib.

Bu oyundan sonra “Qalatasaray” çempionatda 7 xalla 5-ci pillədə qərarlaşıb. “Kasımpaşa” 1 xalla 17-ci olub.

Turun digər oyunları sentyabrın 14, 15 və 16-da keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.