İDMAN


“Qalatasaray” Martin Linneslə yeni müqavilə imzalayıb

Bakı, 12 aprel, AZƏRTAC

İstanbulun “Qalatasaray” futbol klubu müdafiəçi Martin Linneslə yeni müqavilə imzalayıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 28 yaşlı norveçli müdafiəçi İstanbul klubu ilə ikiillik müqaviləyə imza atıb. Yeni müqaviləyə əsasən, futbolçu ilinə 1,4 milyon avro qazanacaq.

Qeyd edək ki, Linnes 2016-cı ildən “Qalatasaray”da çıxış edir. O, İstanbul klubunun heyətində keçirdiyi 88 oyunda 2 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.