İDMAN


“Qalatasaray” “Olimpiakos”un müdafiəçisini transfer edib

Bakı, 16 iyul, AZƏRTAC

Cari mövsümün sonunda heyətində ciddi dəyişikliklər edəcək İstanbulun “Qalatasaray” futbol klubunun daha bir transferi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Türkiyə klubu “Olimpiakos”un sağ cinah müdafiəçisi Omar Elabdellauini heyətinə qatıb. Yunanıstan təmsilçisi ilə müqavilə müddəti başa çatan 29 yaşlı futbolçunun transferi “cim-bom”a pulsuz başa gəlib. Norveç millisinin üzvü cari mövsüm başa çatan kimi Superliqa klubu ilə münasibətləri rəsmiləşdirəcək. Onun illik məvacibi 1,5 milyon avro olacaq.

Qeyd edək ki, “Qalatasaray” buna kimi Əmrə Kılınç, Oğulcan Çağlayan və Kərəm Aktürkoğlunu transfer edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.