İDMAN


“Qalatasaray” Rayan Babellə razılaşıb

Bakı, 8 may, AZƏRTAC

İstanbulun “Qalatasaray” futbol klubu İngiltərənin “Fulhem” komandasının hücumçusu Rayan Babellə razılaşıb.

AZƏRTAC “NTV Spor”a istinadla xəbər verir ki, klub 32 yaşlı hollandiyalı hücumçu ilə 3 illik müqavilə imzalayacaq. İstanbul təmsilçisinin Babellə yeni müqaviləsinə əsasən, futbolçu 3 il ərzində 10 milyon avro əldə edəcək.

Qeyd edək ki, hollandiyalı hücumçu qış transfer pəncərəsində “Beşiktaş”dan “Fulhem”ə transfer olunub. O, “Beşiktaş”ın heyətində keçirdiyi 86 oyunda 29 qol vurub və 12 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.