İDMAN


“Qalatasaray”, “Sivasspor” və “Trabzonspor” Türkiyə kubokunun dörddəbir finalına yüksəlib

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 23-də Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin cavab oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, üçüncü cavab oyunları günündə üç görüş keçirilib. “Qalatasaray” doğma meydanda “Rizəspor”u 2:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, komandalar ilk oyunda 1:1 hesabı ilə bərabərə qalıb. “Sivasspor” isə səfərdə “Yeni Malatyaspor”a 2:1 ilə uduzmasına baxmayaraq birinci oyunda 4:0 qalib gələn Sivas təmsilçiləri növbəti mərhələyə vəsiqə qazanıblar. “Dənizlispor”-“Trabzonspor” oyununda isə meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. Birinci görüşdə iki cavabsız qolla qalib gələn Trabzon klubu onbirmetrlik cərimə zərbələrində qalib gələrək dörddəbir finala vəsiqəni əldə edib.

Beləliklə, “Qalatasaray”, “Sivasspor” və “Trabzonspor” Türkiyə kubokunun dörddəbir finalına yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.