İDMAN
“Qalatasaray” doğma meydanda “Yeni Malatyaspor”u minimal hesabla üstələyib
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 16-da Türkiyə Superliqasının XXII turu çərçivəsində “Qalatasaray” doğma meydanda “Yeni Malatyaspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Türk Telekom” stadionunda keçirilən qarşılaşmanı İstanbul təmsilçiləri minimal hesabla qazanıblar. Görüşdə yeganə qolu birinci hissənin sonunda Adəm Böyük vurub.
Qeyd edək ki, günün mərkəzi oyununda “Trabzonspor” doğma divarlar arasında “Sivasspor”u məğlub edib - 2:1. “Gənclərbirliyi” isə səfərdə “Alanyaspor”a minimal hesabla qalib gəlib -1:0.
Turun digər görüşləri fevralın 17-də keçiriləcək.
Türkiyə çempionatında hazırda turnir cədvəlinə 44 xalla “Trabzonspor” klubu liderlik edir. “Başakşəhər” 43 xalla ikinci pillədədir. İlk üçlüyü 42 xalla “Qalatasaray” qapayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]