“Qalatasaray” heyətinə yeni yarımmüdafiəçi cəlb edib
AzerTAg.az
Bakı, 7 sentyabr, AZƏRTAC
İstanbulun “Qalatasaray” futbol klubu heyətinə yeni yarımmüdafiəçi cəlb edib.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, Super Liqa komandası İngiltərənin “Stok Siti” klubunun yarımmüdafiəçisi Oqenekaro Peter Etobonu heyətinə qatıb.
Nigeriya millisinin yarımmüdafiəçisi “Qalatasaray”da icarə əsasında çıxış edəcək. İstanbullular 25 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna malik olacaqlar.
“Qalatasaray” tezliklə bu keçidi rəsmən bəyan etməyə hazırlaşır.
Qeyd edək ki, sentyabrın 17-də “Qalatasaray” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Bakcell Arena”da Bakının “Neftçi” komandası ilə qarşılaşacaq. Matç saat 20:00-da başlayacaq.

Xəbərin mətnində orfoqrafik səhv var