İDMAN


“Qalatasaray” klubu “Sportinq”in yarımmüdafiəçisi ilə razılığa gəlib

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakının “Neftçi” futbol klubunun UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin “Qalatasaray” komandası heyətini yeni futbolçu ilə gücləndirir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Sportinq”in 22 yaşlı futbolçusu İdrissa Dumbiya ilə razılaşıb. Superliqa klubunun bu keçid üçün həm Lissabon təmsilçisi, həm də yarımmüdafiəçinin özü ilə anlaşdığı bildirilib.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”–“Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.