İDMAN
“Qalatasaray” klubu Uesli Sneyder ilə yollarını ayırıb
Bakı, 15 iyul, AZƏRTAC
“Qalatasaray” klubunun hollandiyalı futbolçusu Uesli Sneyder komandası ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, futbolçu ilə klubu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2018-ci ilin mayınadək İstanbul təmsilçisi ilə müqaviləsi olan Sneyderin bir müddət idi ki, komandadan ayrı, fərdi olaraq məşqlərdə iştirak etdiyi bildirilirdi.
Sneyderin 2017-2018-ci il mövsümü üçün təminatlı 4,5 milyon avrodan imtina etdiyi bildirilir. Futbolçu, həmçinin növbəti 3 il ərzində Türkiyədə hər hansı klubla müqavilə imzalamamaq, əks halda 20 milyon avro təzminat ödəməyə razılıq verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]