“Qalatasaray” klubu heyətinə iki futbolçu cəlb edib
AzerTAg.az
07.09.2020 [15:28]
Bakı, 7 sentyabr, AZƏRTAC
Bakının “Neftçi” futbol klubunun UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin “Qalatasaray” klubu yeni transferlərini reallaşdırıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Super Liqa təmsilçisi iki futbolçunu heyətinə cəlb edib.
Bunlar Birinci liqada mübarizə aparan “Altınordu”nun gənc oyunçuları Sarper Çağlar və Efe Mustafa Çətindir. On yeddi yaşlı futbolçuları transfer edən istanbullular əvəzində yarımmüdafiəçi Birhan Vatanseveri “Altınordu”nun nəzdində fəaliyyət göstərən “Niğde Anadolu” komandasına veriblər.
Qeyd edək ki, “Neftçi”–“Qalatasaray” matçı sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
18.01.2021 [18:50]
18.01.2021 [18:45]
18.01.2021 [18:41]

MULTİMEDİA
18.01.2021 [18:24]
18.01.2021
18.01.2021 [20:02]
18.01.2021 [19:23]
18.01.2021 [18:53]
18.01.2021 [18:34]
18.01.2021 [18:20]
18.01.2021 [18:48]
18.01.2021 [18:41]
18.01.2021 [18:39]
19.01.2021 [00:15]
18.01.2021 [20:09]
18.01.2021 [19:34]
15.01.2021 [15:35]
14.01.2021 [22:38]
11.01.2021 [16:31]
18.01.2021 [18:32]
18.01.2021 [16:03]
18.01.2021 [15:00]
18.01.2021 [14:00]
18.01.2021 [11:53]
17.01.2021 [12:15]
19.01.2021 [06:03]
19.01.2021 [05:35]
19.01.2021 [04:51]
Xəbərin mətnində orfoqrafik səhv var