İDMAN


“Qalatasaray” komandası Çexiya klubunun futbolçusunu heyətinə cəlb edib

Bakı, 18 yanvar, AZƏRTAC

Türkiyənin “Qalatasaray” komandası keçmiş futbolçusu Semih Kayanı heyətinə cəlb edib.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, müqavilə ilə Çexiyanın “Sparta” klubuna məxsus olan müdafiəçi mövsümün sonunadək icarə əsasında İstanbul komandasının heyətində çıxış edəcək.

Qeyd edək ki, 28 yaşlı oyunçu 2017-ci ildə iki milyon avro qarşılığında “Qalatasaray”dan Çexiya komandasına transfer olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.