İDMAN


“Qalatasaray”ın gənc müdafiəçisi “Ştutqart”a transfer olunub VİDEO

Bakı, 16 yanvar, AZƏRTAC

Almaniyanın “Ştutqart” futbol komandası İstanbulun “Qalatasaray” klubunun müdafiəçisi Ozan Məhəmməd Kabakı heyətinə qatıb.

AZƏRTAC “Qalatasaray”ın saytına istinadla xəbər verir ki, 18 yaşlı müdafiəçi “Ştutqart”a 12 milyon avro qarşılığında transfer olunub.

Müdafiəçi “Qalatasaray”da ilk debütünü cari mövsümdə edib. Kabak UEFA Çempionlar Liqasında 4, Türkiyə Super Liqasında isə 13 oyun keçirib.

Qeyd edək ki, müdafiəçi 18 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.