İDMAN


“Qalatasaray”ın hücumçusu Hollandiya klubuna transfer olub

Bakı, 22 avqust, AZƏRTAC 

İstanbulun “Qalatasaray” klubunun futbolçusu Kostas Mitroğlu karyerasını Hollandiya çempionatında davam etdirəcək.

AZƏRTAC Türkiyə klubunun saytına istinadla xəbər verir ki, Yunanıstan millisinin hücumçusu icarə əsasında “PSV Eyndhoven” komandasında çıxış edəcək. Hollandiya təmsilçisi K.Mitroğluya görə 1 milyon 250 min avro təzminat ödəyəcək. Lakin futbolçunun məvacibini “Qalatasaray” təmin edəcək. İstanbul klubu oyunçuya bir il üçün 1 milyon 950 min avro verəcək.

Qeyd edək ki, müqavilə ilə Fransanın “Marsel” klubuna məxsus olan 31 yaşlı hücumçu bu ilin əvvəlində “Qalatasaray”a icarəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.