İDMAN


“Qalatasaray”ın üç futbolçusu koronavirusa yoluxub

Bakı, 27 aprel, AZƏRTAC

Türkiyənin “Qalatasaray” klubunun üç futbolçusu koronavirusa yoluxub.

AZƏRTAC İstanbul təmsilçisinin rəsmi “Twitter” hesabına istinadla xəbər verir ki, testləri müsbət çıxan oyunçuların adları açıqlanmayıb. İnfeksiya aşkarlanan şəxslər karantinə alınıb.

Qeyd edək ki, “Qalatasaray” Superliqanın növbəti turunda “Konyaspor”u qəbul edəcək. Görüş aprelin 28-də keçiriləcək. İstanbul təmsilçisi hazırda Türkiyə çempionatının turnir cədvəlində 69 xalla üçüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.