MƏDƏNİYYƏT


“Qalereya-1969”da “Sarıbaş” adlı sərgi açılacaq

Bakı, 19 sentyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sentyabrın 27-də “Qalereya-1969”da “Sarıbaş” adlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgidə Qax rayonun qədim tarixi və özünəməxsus ənənələri olan Sarıbaş kəndinə ezam olunan rəssamlar Fərhad Yalquzaq və Nazim Məmmədovun rəngkarlıq əsərləri nümayiş etdiriləcək.

Sərginin təşkilində məqsəd kəndin təbiətini əks etdirmək, incəsənətin təsirli vasitəsi ilə insanlarda bu kənd haqda təsəvvür oyatmaq, tamaşaçıların, turizm şirkətlərinin diqqətini bu qədim diyara cəlb etməkdir.

Üç gün davam edən sərgidə nümayiş olunan əsərlər ölkəmizin digər şəhər və rayonlarında da sənətsevərlərə təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.