Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qalib Azərbaycanın müzəffər Sərkərdəsi

Qalib Azərbaycanın müzəffər Sərkərdəsi

Bakı, 15 oktyabr, AZƏRTAC

Xalqımız dövlətçiliklə bağlı olan bütün tarixi günləri böyük sədaqətlə yaşadır. 2003-cü il oktyabrın 15-i belə tarixi günlərdən biridir.

İyirminci əsr siyasi qarşıdurmalar əsri kimi, sovet ideologiyası isə “xalqlar həbsxanası” kimi tarixləşdi. Dünyəvi siyasət sovet ideologiyasını bəzən aşa bilmirdi. Belə bir şəraitdə geniş dünyagörüşə, güclü məntiqə, möhkəm iradəyə müqayisəyəgəlməz ideoloji təfəkkürə malik olan kadrlar hakimiyyətə gətirilirdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev mərkəzi hakimiyyətin diqqətini bu xüsusiyyətlərə, bu xüsusiyyətlərin vəhdətinə görə çəkmişdi. Heydər Əliyev istər Dövlət Təhlükəsizlik Komitəsində (DTK) xidmət edəndə, istərsə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olanda Azərbaycanın respublika kimi, azərbaycanlıların xalq kimi inkişafına xüsusi diqqət yetirirdi. O illərdə azərbay-cançılıq ideologiyasını ilk dəfə sonralar xalqın Ümummilli Lideri olacaq böyük tarixi şəxsiyyət formalaşdırdı.

Bu fikirlər Milli Məclisin deputatı Səbinə Xasayevanın “Qalib Azərbaycanın müzəffər Sərkərdəsi” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanda hakimiyyət böhranı olanda, vətəndaş müharibəsi vəziyyəti yarananda xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Azərbaycan dövlətçiliyi labüd iflasdan xilas edildi. Ulu öndər Heydər Əliyev xalqın böyük əksəriyyətinin səsi ilə respublika Prezidenti seçildi.

2003-cü il oktyabrın 1-də Ulu Öndər Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə nami-zəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisa-diyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalq bu etimadı böyük sevgilərlə qarşıladı. Ulu Öndərin inamı xalqın inamı oldu...

2003-cü ilin 15 oktyabrında keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verdi. Yəni seçicilərin böyük əksəriyyəti Azərbaycanın sabahlarını İlham Əliyevə etibar edirdi. İlham Əliyevə səs verən xalq əmin idi ki, bu səs Azərbaycan dövlətçiliyinə verilir, Azərbaycanın sabahlarına verilir. Xalqın bu münasibəti həm də Ümummilli Liderə sevgisinin təzahürü idi.

İlham Əliyev Azərbaycanın dünya dövlətləri sırasında daha böyük etimadlarla əhatələnməsi üçün ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının təmin edilməsinə, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin daha yüksək səviyyədə qurulmasına mühüm töhfələr verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kifayət qədər elmi təfəkkürə, dərin təhlil bacarığına, gerçəkliyi, reallığı inandırma qabiliyyətinə malik olan fenomenal rəhbərdir. Xalq ona inanır. İnanır ki, Azərbaycanı beynəlxalq miqyasda uğurla təmsil edən dövlət başçısı dünyəvi siyasətin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmasına da nail olmaqdadır. Bütün beynəlxalq tədbirlərdə gerçək sözün qüdrəti ilə Azərbaycanın dəyişməz bəşəri mövqeyini təlqin etməyə nail olmuşdur. “Qarabağ Azərbaycandır və nida işarəsi” qətiyyəti beynəlxalq miqyasda strateji mesaj oldu. Ermənistan da, Ermənistanın himayədarları da gördü və əmin oldu ki, Azərbaycan dövlətçiliyi güclü siyasi nüfuza, güclü iqtisadiyyata, güclü orduya söykənir.

Davamlı inkişafın və uğurların təməlində duran siyasi peşəkarlığın nəticəsi olaraq dünya ictimaiyyəti gördü ki, Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi dünyəvi siyasətə bəşərilik işığı oldu. Bu işıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycançılıq ideologiyasına, Ulu Öndərin siyasi kursuna sədaqətin işığıdır.

Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi ölkədaxili siyasi mühitdə növbəti mərhələnin başlanğıcını göstərdi. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci ilin fevral ayından etibarən heç bir amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi təmin olundu. Bu, demokratiyanın səviyyəsinin göstəricisidir.

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Ermənistan havadarlarının siyasi, maddi və hərbi köməyindən istifadə edərək Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr yerinə yetirilmədi. Prezident İlham Əliyevin münaqişənin danışıqlar yolu ilə həll edilməsi istiqamətində təşəbbüslərinə qarşı Ermənistan yeni ərazilər zəbt etməyə cəhd göstərir, status-kvonu saxlamağa çalışırdı. Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz".

Azərbaycanda ordu quruculuğu dövlət üçün prioritet olub. Müxtəlif təyinatlı və miqyaslı təlimlər ordunun şəxsi heyətinin döyüş hazırlığını, müxtəlif istiqamətli tədbirlər onun mənəvi-psixoloji hazırlığını daha da artırırdı. Azərbaycan Ordusu neçə-neçə beynəlxalq təlimdə iştirak edib. Ordumuz buna Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğunda əldə edilən uğur-larla, uğurların yaratdığı ehtiramla, etimadla nail olub. “Dəniz Kuboku”, “Tank biatlonu”, “TurAz Qartalı” kimi tədbirlər Ordumuzun dünya dövlətləri sırasında böyük nüfuza malik oldu-ğunun təsdiqidir.

Azərbaycan Ordusu Vətən müharibəsindən əvvəl dünyanın ən güclü 50 ordusu sırasında idi. Bu səviyyəyə Azərbaycan dövlətçiliyi ilə Azərbaycanda ordu quruculuğu arasında yaradılmış üzvi, ayrılmaz bağlılıqla, Prezident İlham Əliyevin apardığı daxili siyasətlə, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlərlə nail olunub. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir ki, bunlar da Azərbaycanda ordu quruculuğunun istinadlarından biridir.

Ermənistanın silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən həm dövlət sərhədlərimizdən, həm də işğal olunmuş ərazilərdən hücum etdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı. İşğalçıya, işğalçılığa qarşı əks-hücum əməliyyatı başladı. Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsinin mahiyyətini dünyanın diqqətini çəkən “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” kəlamları ilə ifadə etdi.

Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsi azərbaycançılığın erməniliklə müharibəsi idi...

Azərbaycan Ordusu düşmənin illərlə yaratdığı, möh-kəmlətdiyi, yeniləşdirdiyi güclü müdafiə sistemini, sədləri qısa müddətdə darmadağın etdi. Əsgərlərimiz mövqe qələbələri qazanır, böyük Qələbəyə yaxınlaşırdı. Qazanılan ilkin qələbələr təsdiqləyirdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə işğalı sona çatdıracaq, torpaqlarımızı işğaldan azad edəcək.

Vətən müharibəsində xalq Azərbaycan Prezidentinin ətrafında sıx birləşdi. Bu, xalqın Prezidentinə, Vətənə, dövlətə, dövlətçiliyə sevgisinin nəticəsi idi.

Zəfər qazanıldı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “...Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüqu-qu döyüş meydanında təmin etmişdir...”.

Ordu quruculuğu məsələlərinin dövlət siyasətinin prioriteti kimi müəyyən olunması illər sonra öz nəticəsini göstərdi və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin həlli istiqamətində bu və ya digər beynəlxalq təşkilatda yaranan təəssüratları darmadağın etdi.

Vətən müharibəsindən əvvəl Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında idi. Bəs Zəfərdən sonra?..

Otuz il məğlub dövlət kimi tanınan Azərbaycan Vətən müharibəsində qazanılan Zəfərlə qalib dövlət oldu.

Prezident İlham Əliyevin sərəncamları, dövlətin və xalqın gücü ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin vüsət alması istiqamətində gərəkli tədbirlər başlayıb. Ordudan tərxis edilən gənclər də bu prosesdə iştirak etməyə niyyətlidir.

Böyük Qayıdış Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azərbaycançılığın ermənilik üzərində qəti Qələbəsi olacaq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub