İDMAN


Qalib atlet: Marafonun yüksək səviyyədə təşkilinə  görə Heydər Əliyev Fonduna minnətdaram

Bakı, 1 may, AZƏRTAC

Hazırda “Ankara” liseyində məşqçi-müəllim işləyirəm. 27 yaşım var. Bu marafonda ilk dəfə iştirak edirəm. Əvvəllər atletika idman növü ilə məşğul olmuşam. Beynəlxalq yarışlarda mükafat qazanmışam.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədov jurnalistlərə müsahibəsində deyib.

Marafonun yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirən atlet deyib ki, yarışlar hər il keçirilsəydi bu atletikanın inkişafına çox güclü təkan verərdi.

“Məşqlərdə biz 21 kilometrdən daha çox məsafəyə qaçırıq. Çətin oldu, ancaq idmanda dözüm lazımdır. Əvvəllər bu idman növü ilə məşğul olduğum və məsafəni düzgün bölüşdürdüyüm üçün finişə birinci çata bildim”,- deyə “Bakı Marafonu 2016”ın qalibi Namiq Əsədov vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.