CƏMİYYƏT


Qalib ölkənin vətəndaşları olduğumuz üçün fəxr edirik

Bakı, 11 noyabr, AZƏRTAC

Xalqımız tarixində ən gözəl və şərəfli günlərindən birini yaşayır. Bütün Azərbaycan, o cümlədən paytaxt sakinləri gecədən başlayaraq möhtəşəm Qələbə gününü qeyd edir. Hamı sevinir, bir-birini təbrik edir. İnsanların üzündə çoxdan həsrətində olduqları sevincin, qürurun izi var. Bu qürur hissini bizə yaşadan şanlı Azərbaycan Ordusuna, qəhrəman əsgərlərimizə minnətdarıq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandana təşəkkür edirik. Təşəkkür edirik ki, bizə bu sevinci yaşatdı. Biz qalib ölkənin vətəndaşları olduğumuz üçün fəxr edirik.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı sakini Həcərxanım Sadıqova deyib.

Noyabrın yaddaşlarda bayramlar ayı kimi qalacağını bildirən H.Sadıqova bildirib: “Noyabrın 8-də Azərbaycanın incisi Şuşa işğaldan azad edildi. Noyabrın 9-da xalqımız Dövlət Bayrağı Gününü qeyd etdi. Noyabrın 10-da isə xalqımızın tarixinə Qələbə günü kimi yazıldı. Biz torpaqlarımızı qanımızla, canımızla aldıq. Bu Qələbədə böyük payı olan şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralı əsgərlərimizə şəfa diləyirik”.

Paytaxt sakini əminliklə bildirib ki, Azərbaycan bundan sonra daha da inkişaf edəcək və qüvvətlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.