CƏMİYYƏT


“Qalibiyyət: Şahidlər və Şəhidlər” kitabının onlayn formatda təqdimatı keçirilib

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Aida Eyvazlı Göytürkün 2016-cı ilin aprel şəhidlərinə və qazilərinə həsr edilən, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə təkrar nəşr olunan “Qalibiyyət: Şahidlər və Şəhidlər” kitabının onlayn formatda təqdimatı keçirilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbiri açan Fondun icraçı direktoru Mehman İsmayılov tarixi Zəfərimizin ilk müjdəçilərinə - Aprel şəhidlərinə və qazilərinə daim borclu olduğumuzu, onların adlarının əbədi yaşadılması üçün əlimizdən gələni əsirgəməməyin vacibliyini qeyd edib.

Bu mövzuda kitabların yazılmasını və nəşrinə dəstək göstərilməsini yüksək qiymətləndirən xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, 2016-cı ildə qəhrəman oğullarımızın şücaəti nəticəsində ərazi bütövlüyümüzün bərpasına başlanıldı və bu, 2020-ci ildə Zəfərlə nəticələndi.

Şəhidlərimizin və qazilərimizin şərəfli döyüş yolu haqqında kitabların yazılmasının əhəmiyyətindən danışan Milli Məclisin deputatı Aqil Abbas bu kitabların böyük tirajla nəşr etdirilib təhsil ocaqlarına paylanmasının vacibliyini vurğulayıb.

Şöhrət ordenli şairə Ofelya Babayeva Azərbaycan Ordusunun müzəffər əsgərləri və qazilərininin türk dünyasının zəfər tarixini qanları ilə yazdıqlarını, Vətənə şərəf gətirdiklərini söyləyib.

Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı şəhidlər haqqında yazılan kitabların ənənəvi hal almasının əhəmiyyətindən danışıb.

Aida Eyvazlı Göytürk yazdığı əsərin şəhidlərin, qazilərin, onların valideynlərinin ölkəmiz, xalqımız qarşısındakı xidmətləri qarşılığında kiçik iş olsa da, belə bir kitabın ərsəyə gəlməsinin onun üçün böyük şərəf və xoşbəxtliyə səbəb olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hazırda Vətən müharibəsində bizə Qələbə qazandıran şəhidlərimiz və qazilərimiz haqqında kitabın üzərində işləyir.

Aprel döyüşlərinin iştirakçısı, qazi, polkovnik-leytenant Elşən Qarayev, şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, şəhidlərimiz Əbdülməcid Axundovun, Mikayıl Vahabzadənin, Müşfiq Orucovun, Mahir Mirzəyevin, Mahir Quliyevin valideynləri və Sabir Mirzəyev, Aygün Məmmədli, Ceyran Həsənova, Azadxan Mirzəyev, Rumiyyə Vahabzadə, Şakir Niftalıyev, Lalə Quliyeva kitabın nəşrinə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.