REGİONLAR


Qaliblərə diplomlar verilib

Ağsu, 8 dekabr, AZƏRTAC

Ağsuda rayon Gənclər və İdman İdarəsi və Uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan məktəblilər arasında dama idman növü üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, olimpiya üsulu ilə keçirilən yarışlarda iki yaş qrupundan (10 və 16 yaş) ümumilikdə 32 məktəbli iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlar üç gün davam edib və dekabrın 8-də başa çatıb.

Hər yaş qrupunda I, II və III yerlərə layiq görülən idmançılara gənclər və idman idarəsinin diplomları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.