REGİONLAR
Qambiyalı diplomat: Ağdamda gördüklərimiz bizi dəhşətə gətirib VİDEO
Ağdam, 6 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupu olaraq bizə işğaldan azad edilmiş ərazilərdə baş vermiş dəhşətli cinayətlərin şahidi olmaq maraqlı idi. Biz bu gün erməni vəhşiliyini öz gözlərimizlə görüb, şahidi olduq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qambiya Respublikasının İslam Əməkdaşlıq Təşkilatında (İƏT) daimi nümayəndəsinin müavini Jah Abu Bakir Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
O, Ağdamda gördüklərindən təəssüfləndiyini ifadə edərək deyib: "30 il ərzində bu ərazilərin belə vəziyyətdə olması bizi dəhşətə gətirib. Biz hisslərimizi ifadə edə bilmirik. Bura ruhlar şəhərinə bənzəyir. Bütün dünyanın diqqətinin burada olması vacibdir. Biz İƏT olaraq hər zaman Azərbaycana dəstək vermişik, bu gün də dəstək göstəririk".