DÜNYA


Qan damarlarının bərpasına kömək edə biləcək yeni hüceyrələr kəşf olunub

Roma, 7 oktyabr, AZƏRTAC

İtaliyalı bioloq Alessandro Fantin London Universitet Kollecindən olan həmkarları ilə birlikdə qan damarlarının bərpasına kömək edə biləcək yeni hüceyrələr kəşf ediblər. Onların bu kəşfinə dair araşdırmaları Britaniyanın "Nature" jurnalında dərc olunub.

AZƏRTAC xəbər verir ki, tədqiqat prosesində siçan embrionlarının kök hüceyrələrindən istifadə edilib və uğurlu alınıb. Hüceyrələri insanlarda tətbiq etmək mümkün olarsa, regenerativ tibbdə bu kəşf ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilə bilər.

Aparılan 11 illik tədqiqatlar qanda dövr edən kök hüceyrələrinin “endotelial” hüceyrələrə çevrilə biləcəyini üzə çıxarıb ki, bu hüceyrələr də qan damarlarını formalaşdıran mühüm hissəciklərdir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.