CƏMİYYƏT


Qan donorluğunun təşkilində fəal iştiraka görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edilib

Bakı, 15 iyun, AZƏRTAC

14 iyun - Ümumdünya Qan Donoru günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunun təşkilində fəal iştirakına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, xroniki və irsi qan xəstəliklərindən əziyyət çəkənlərin hər zaman davamlı qan təminatına ehtiyac var. Qan donorluğunun təşkili nəticəsində həmin xəstələrə qan və onun komponentlərinin köçürülməsi onların həyatını xilas etməyə imkan verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi qanvermə aksiyalarında daim iştirak edərək, xeyirxah işlərə töhfəsini verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.