MƏDƏNİYYƏT


“Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib

Bakı, 18 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ağaxan Abdullayev adına Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət himni səsləndirilib və şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə müdir müavini Aytən Nəsirova çıxışında bildirib ki, tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, dinc, mülki əhali kütləvi qətliama məruz qalmışdır.

Tədbirin bədii hissəsində 20 Yanvar faciəsi ilə bağlı şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.