İDMAN


Qana – Uruqvay: Start heyətlər açıqlanıb

Qana – Uruqvay: Start heyətlər açıqlanıb

Bakı, 2 dekabr, AZƏRTAC

Qətərdə keçirilən dünya çempionatının H qrupunun üçüncü turunda üz-üzə gələcək futbol üzrə Qana və Uruqvay milli komandalarının start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Qana millisinin start heyətində Laurens Atiziqi, Salis Abdulsamed, Daniel Amarte, Andre Ayu, Cordan Ayu, Baba Rahman, Mohammed Kudus, Tomas Parte, Mohammed Salisu, Seidu Alidu və İnaki Uillyams yer alıblar.

Uruqvay yığmasının start heyətində isə meydana Serxio Roçet, Rodriqo Bentankur, Sebastyan Koates, Corcian de Arraskaeta, Xose Mariya Ximenes, Gilyermo Varela, Darvin Nunyes, Matias Oliveyra, Fakundo Pellistri, Luis Suares və Federiko Valverde çıxacaqlar.

“Əl Canub” stadionunda keçiriləcək Qana - Uruqvay matçı almaniyalı hakim Daniel Zibert idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Portuqaliya millisi 6 xalla qrupun lideridir. Qana 3 xalla ikinci, hesabında 1 xal olan Koreya Respublikası və Uruqvay üçüncü-dördüncü pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.