İDMAN
Qana millisinin sabiq futbolçusu Kvadvo Asamoa karyerasını başa vurub
Bakı, 6 oktyabr, AZƏRTAC
İtaliyanın “Yuventus” və “İnter” klublarının sabiq futbolçusu Kvadvo Asamoa karyerasını başa vurub.
AZƏRTAC xəbər verir ki, qanalı müdafiəçi 34 yaşında futbolla vidalaşıb.
A Seriyasında 279 oyun keçirmiş veteran futbolçu bu müddət ərzində 13 titul qazanıb. O, İtaliya çempionatında oyun sayı baxımından afrikalılar arasında rekordçudur.
Kvadvo Asamoa 2012-2018-ci illərdə “Yuventus”un, 2018-2020-ci illərdə isə “İnter”in formasını geyinib. “Udineze”də də oynamış futbolçunun son komandası İtaliyanın “Kalyari” klubu olub. O, Qana yığmasında da 74 oyuna 4 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]