İDMAN


Qanalı hücumçunun “Qarabağ”a keçidi alınmayıb

Bakı, 13 iyul, AZƏRTAC

Portuqaliyanın "Vitoriya" klubunun hücumçusu Abdul-Əziz Yakubunun "Qarabağ"a transferi baş tutmayıb.

AZƏRTAC xəbər verir ki, 22 yaşlı qanalı hücumçu ilə ilkin razılığa gəlinsə də, o, tibbi baxışdan uğurla keçə bilməyib. “Qarabağ”ın həkimləri futbolçunun transferini məsləhət görməyiblər. Klub rəhbərliyi də futbolçunun keçidindən imtina etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, gənc hücumçu ötən mövsümü icarə əsasında Portuqaliyanın “Eştoril” klubunda keçirib. Yakubu 34 oyunda 15 qol vuraraq komandanın Premyer Liqaya yüksəlməsində pay sahibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.