MƏDƏNİYYƏT


“Qanım bayrağımdadır” adlı aksiya davam edir

Bakı, 12 iyul, AZƏRTAC

Respublika Gənclər Kitabxanasının “Qanım bayrağımdadır” adlı aksiyası davam edir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 44 günlük müharibədə adını Azərbaycanın şanlı tarixinə yazdıran qəhrəmanlardan bəhs edən videoçarxlar hazırlanır. Aksiya çərçivəsində şəhidlər Xudayar Yusifzadə, İsmayıl Qədirli , Seymur Cabbarov və başqaları haqqında silsilə videoçarxlar hazırlanıb. Videoçarxlarda igid oğullarımızın həyatı, uşaqlıq və gənclik illəri, döyüş yolu və şəhidlik zirvələrinə ucalmaları haqqında geniş, maraqlı və təsirli dil ilə məlumat verilir. Videoçarxlara baxmaqla izləyici öz qəhrəmanlarını “tanımadığı doğmaları” kimi tanıyır. Materiallarda çoxsaylı foto və videogörüntülərdən də istifadə olunub.

Hazırda layihə uğurla davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.