CƏMİYYƏT


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 13 santimetr artıb

Bakı, 1 fevral, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-70 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, fevralın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 103 kubmetr olmaqla ongünlük normanın 62 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 70 kubmetr təşkil etməklə ongünlük normanın 102 faizinə bərabərdir.

Fevralın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Şirvan və Salyan məntəqələrində 8, Surrada 2, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 9 santimetr artıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 426, Şirvanda 313, Salyanda 276, Bankədə 241, Araz çayının Novruzlu məntəqəsində isə 145 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.