CƏMİYYƏT


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 29 santimetr artıb

Bakı, 6 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, aprelin 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 431 kubmetr olmaqla ongünlük normanın 92 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 210 kubmetr təşkil etməklə ongünlük normanın 45 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 199 kubmetr olmaqla ongünlük normanın 144 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 73 kubmetr təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 14, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr artım, lakin Surrada 2 santimetr azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 (2017-ci il aprelin 6-da 418 sm), Şirvanda 293 (2017-ci il aprelin 6-da 295 sm), Salyanda 189 (2017-ci il aprelin 6-da 214 sm), Bankədə 183 (2017-ci il aprelin 6-da 196 sm), Araz çayının Novruzlu məntəqəsində isə 97 santimetr (2017-ci il aprelin 6-da 135 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.