CƏMİYYƏT


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 29 santimetr azalıb

Bakı, 9 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, aprelin 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 392 kubmetr olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 250 kubmetr olmaqla ongünlük normanın 53 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 150 kubmetr olmaqla ongünlük normanın 109 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 70 kubmetr təşkil edərək ongünlük normanın 51 faizinə bərabər olub.

Aprelin 9-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 12, Salyanda 10, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 4 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 (2017-ci il aprelin 9-da 376 sm), Şirvanda 273 (2017-ci il aprelin 9-da 263 sm), Salyanda 181 (2017-ci il aprelin 9-da 210 sm), Bankədə 177 (2017-ci il aprelin 9-da 184 sm), Araz çayının Novruzlu məntəqəsində isə 86 santimetr (2017-ci il aprelin 9-da 85 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.