CƏMİYYƏT


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 45 santimetr azalıb

Bakı, 20 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 70-190, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, aprelin 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 415 kubmetr olmaqla ongünlük normanın 56 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 374 kubmetr olmaqla ongünlük normanın 50 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 45 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 128 kubmetr olmaqla ongünlük normanın 76 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 150 kubmetr təşkil edərək ongünlük normanın 89 faizinə bərabər olub.

Aprelin 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 4, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində 7 santimetr azalma qeydə alınıb, lakin Şirvan məntəqəsində isə suyun səviyyəsində 16 santimetr artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 384 (2017-ci il aprelin 20-də 416 sm), Şirvanda 251 (2017-ci il aprelin 20-də 305 sm), Salyanda 177 (2017-ci il aprelin 20-də 235 sm), Bankədə 167 (2017-ci il aprelin 20-də 207 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 santimetr (2017-ci il aprelin 20-də 116 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.