CƏMİYYƏT


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 55 santimetr artıb

Bakı, 20 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 180, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 30-80, Naxçıvan Muxtar Respublikasının çaylarında isə beş faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, avqustun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində üç santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 120 kubmetr olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 85 kubmetr təşkil etməklə ongünlük normanın 63 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 55 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 179 kubmetr olmaqla ongünlük normanın 266 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 11 kubmetr təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.

Avqustun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma, Salyanda 6, Bankədə isə 16 santimetr artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 334 (2017-ci il avqustun 20-də 352 sm), Şirvanda 185 (2017-ci il avqustun 20-də 207 sm), Salyanda 107 (2017-ci il avqustun 20-də 138 sm), Bankədə 194 (2017-ci il avqustun 20-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 47 santimetrə (2017-ci il avqustun 20-də 58 sm) bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.