CƏMİYYƏT
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb
Bakı, 20 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara çaylarında 30-70, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a verilən məlumata görə, iyulun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 103 kubmetr olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 68 kubmetr təşkil etməklə ongünlük normanın 33 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 34 kubmetr olmaqla ongünlük normanın 30 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 51 kubmetr təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.
İyulun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6 santimetr azalma, Salyanda 2 santimetr artım qeydə alınıb, Bankə və Araz çayının Novruzlu məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 317 (2017-ci il iyulun 20-də 320 sm), Şirvanda 147 (2017-ci il iyulun 20-də 165 sm), Salyanda 65 (2017-ci il iyulun 20-də 80 sm), Bankədə 171 (2017-ci il iyulun 20-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetrə (2017-ci il iyulun 20-də 40 sm) bərabərdir.