CƏMİYYƏT
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 3-də Kiçik Qafqazın ərazisindən axan Gəncəçay-Zurnabad məntəqəsində suyun səviyyəsi dəyişməyib. Zəyəmçay-Ağbaşlarda 9, Kürəkçay-Çaykənd, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı və Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor, Viləşçay-Şıxlar məntəqələrində 1, Təngərüçay-Vaqoda isə suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 83 kubmetr qeydə alınır ki, bu da ongünlük normanın 62 faizini təşkil edir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 89 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 128 faizini təşkil edir.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb və 350 santimetr olub. Su sərfi isə 186 kubmetr/saniyə təşkil edib. Kür-Şirvanda suyun səviyyəsi 6 santimetr artaraq 149, Kür-Bankədə 8 santimetr artaraq 125, Araz-Novruzluda isə suyun səviyyəsi dəyişməyərək səviyyə 80 santimetr olub.