CƏMİYYƏT


Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 58 santimetr artıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsində 6 santimetr artım, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqəsində 11, Zəyəmçay-Ağbaşlar məntəqəsində 10, Gəncəçay-Zurnabadda 7, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində 3, Lənkərançay-Sifidor 2, Viləşçay-Şıxlarda isə 1 santimetr azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 170 kubmetr qeydə alınır ki, bu da ongünlük normanın 122 faizini təşkil edir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 58 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 270 kubmetrə bərabərdir ki, bu da ongünlük normanın 194 faizini təşkil edir.

Kür-Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 312 santimetr, su sərfi isə saniyədə 81 kubmetr olub. Kür-Şirvanda suyun səviyyəsi 2 santimetr artaraq 91, Kür-Bankədə 14 santimetr azalaraq 107, Araz-Novruzluda isə 4 santimetr artaraq 75 santimetr təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.