CƏMİYYƏT


Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 606 santimetrə bərabər olub

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 606 santimetrə bərabər olub

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində suyun səviyyəsi 141 santimetr, su sərfi 4,25 kubmetr/saniyə, Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Toğana məntəqəsində 125 santimetr, su sərfi saniyədə 0,68 kubmetr, Gəncəçayın Zurnabad məntəqəsində suyun səviyyəsi 181 santimetr, su sərfi 2,74 kubmetr/saniyə, Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsi 94 santimetr, su sərfi 6,65 kubmetr/saniyə və Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində suyun səviyyəsi 81 santimetr, su sərfi 2,90 kubmetr/saniyə, Viləşçayın Şıxlar məntəqəsində 50 santimetr, su sərfi saniyədə 1,05 kubmetr, Təngərüdçay-Vaqo məntəqəsində isə suyun səviyyəsi 31 santimetr təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 330 santimetrə, su sərfi isə 357 kubmetr/saniyəyə bərabər olub. Bu da ongünlük normanın 134 faizini təşkil edib.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 606 santimetrə, su sərfi isə 43,5 kubmetr/saniyəyə bərabər olub. Bu da ongünlük normanın 46 faizini təşkil edib.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 330 santimetrə, su sərfi isə saniyədə 95 kubmetrə bərabər olub. Bu da ongünlük normanın 17 faizini təşkil edib. Çayın Şirvan məntəqəsində isə suyun səviyyəsi 107 santimetrə bərabər olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.