CƏMİYYƏT
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 8 santimetr artıb
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 1 santimetr azalıb, Gəncəçay-Zurnabad , Kürəkçay-Çaykənd, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqələrində suyun səviyyəsi dəyişməyib. Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor və Təngərüdçay-Vaqo məntəqələrində suyun səviyyəsində 1 santimetr artım, Viləşçay-Şıxlar məntəqəsində isə 1 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 150 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 94 faizinə bərabərdir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 8 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 38 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 57 faizini təşkil edir.
Kür-Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 311 santimetr, su sərfi isə 80 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 2 santimetr artaraq 125, Kür-Bankədə 1 santimetr azalaraq 108, Araz-Novruzluda isə dəyişməyərək 50 santimetr olub.