CƏMİYYƏT


Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma qeydə alınıb

Bakı, 13 avqust, AZƏRTAC

Avqustun 13-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2, Gəncəçayın Zurnabad məntəqəsində 1 santimetr azalıb, Şəmkirçayın Qalakənd, Kürəkçayın Çaykənd, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı, Qusarçayın Kuzun və Lənkəran-Astara bölgəsindən axan Viləşçayın Şıxlar, Təngərüdçayın Vaqo məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Lənkərançayın Sifidor məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 120 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 90 faizinə bərabərdir. Hazırda sululuq keçən illə müqayisədə 33 faiz çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 18 kubmetr təşkil edir. Bu da ongünlük normanın 27 faizinə bərabərdir. Hazırda sululuq keçən illə müqayisədə 16 faiz çoxdur.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 371 santimetr olub, su sərfi isə saniyədə 129 kubmetr təşkil edib, Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 147 santimetrə bərabər olub, Bankə məntəqəsində isə suyun səviyyəsi 1 santimetr artaraq 102 santimetr, su sərfi 33,5 kubmetr/saniyə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.