QAN YADDAŞI
Qanlı Yanvar Azərbaycanın müstəqilliyinin necə böyük dəyərə sahib olduğunu göstərir VİDEO
Nur-Sultan, 19 yanvar, AZƏRTAC
Qanlı Yanvar hadisələri Azərbaycanın müstəqilliyinin necə böyük dəyərə sahib olduğunu nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) baş direktorunun ərzaq təhlükəsizliyi üzrə müavini Həmid Opeloyeru Nur-Sultanda 20 Yanvar hadisələrinə həsr olunan anım tədbirində bildirib.
“Şəhidlərin xatirəsinə həsr olunan proqram dərin təsir bağışladı. Biz şəhidlərə görə təəssüflənir və onların ruhuna dua oxuyuruq. O insanlar canlarını hədər yerə qurban vermədilər. Çünki dost Azərbaycan müstəqillik əldə etdi, insanlar azadlığa qovuşdular. Ona görə də bu, böyük gündür, Azərbaycanın müstəqilliyi uğurunda canlarını fəda edənlərin anım günüdür”, - deyə İƏT təmsilçisi vurğulayıb.
Qeyd edək ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Qazaxıstanın digər şəhərlərində də anım tədbirlər keçirilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.01.2024 [02:44]
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.01.2024 [16:42]
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
- 26.01.2024 [13:32]
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
- 23.01.2024 [11:00]
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb
- 23.01.2024 [01:15]
Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
- 22.01.2024 [19:16]
İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı konfrans keçirilib
- 22.01.2024 [11:05]